Bu ilin III rübündə Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1 112 zəng qəbul edilib.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, daxil olan zənglərin 1 014-ü elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 47-i təşəkkür xarakterli, 5-i bərpa olunan enerji, 46-ı isə digər məsələlərlə bağlı olub.
Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.
Xatırladaq ki. vətəndaşların müraciətləri Energetika Nazirliyinin (012) 598-16-55 “Qaynar Xətt”i, “974” Çağrı Mərkəzi, minenergy.gov.az internet səhifəsi və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbul edilir.