Bu il “Binəqədi” yatağında neft hasilatı cüzi artacaq

Bu il “Binəqədi” yatağında neft hasilatı cüzi artacaq 2021-ci ildə “Binəqədi” yatağından 0,94 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.
Energetika
6 Yanvar , 2021 11:07
Bu il “Binəqədi” yatağında neft hasilatı cüzi artacaq

2021-ci ildə “Binəqədi” yatağından 0,94 milyon barel neft hasil ediləcəyi proqnozlaşdırılır.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Məlumata görə, 2020-ci ildə yataqdan 0,93 milyon barel neft hasil olunması proqnozlaşdırılıb ki, bu da 2021-ci ilin proqnozu ilə müqayisədə 1,07 % azdır.

2019-cu ildə isə bu göstərici 1 milyon barel təşkil edib ki, bu da bu ilin proqnoz göstəricisindən 6 % çoxdur.

Qeyd edək ki, "Binəqədi" neftli-qazlı rayonu Abşeron yarımadasının şimal-qərbində yerləşir. 29 sentyabr 2004-cü ildə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "Azen Oil Company B.V." şirkəti arasında birgə işlənmə haqqında saziş bağlanıb. Saziş sahəsi 43,5 km2 təşkil edir. "Binəqədi" yatağı 1896-cü ildən istismar olunmağa başlanıb. Yataq Bakı şəhərindən 9 km şimala doğru yerləşir. Yataq 2005-ci il tarixdən “Binagadi Oil Company” tərəfindən istismar edilir, operatoru isə "Azen Oil Company B.V." (Global Energy) şirkətidir.

Son xəbərlər

Orphus sistemi