Yuxarı
    Bağlamaq

    Bu il “Azəriqaz” 113 yaşayış məntəqəsinə təbii qaz verib

    Bakı. 10 dekabr. REPORT.AZ/ "Azəriqaz" İstehsalat Birliyi tərəfindən bu ilin yanvar-noyabr ayları ərzində 2 959 km yeni qaz kəməri quraşdırılıb, qaz kəmərləri şəbəkəsinin təhlükəsiz və normal rejimdə istismarının təmin olunması üçün isə 240 km qaz kəməri əsaslı təmir olunub.

    “Azəriqaz”dan “Report”a verilən məlumata görə, bu il ərzində aparılan tikinti-quraşdırma işləri nəticəsində Ağstafa, Ağcabədi, Ağsu, İsmayıllı, Bərdə, Tərtər, Zərdab, Kürdəmir, Qax, Quba, Şabran, Siyəzən, Şəmkir, Şamaxı, Şəki, Göyçay, Göygöl, Goranboy, Gədəbəy, Oğuz, Ucar, Xaçmaz, Beyləqan, Yevlax, Lerik, Lənkəran, Sabirabad, Saatlı, Salyan, Neftçala, Cəlilabad və Masallı rayonları üzrə 113 yaşayış məntəqəsi qazlaşdırılaraq təbii qazla təmin edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi