Bu il Azərbaycan 14,9 milyon ton neft ixrac edib

Energetika
  • 11 avqust, 2023
  • 12:09
Bu il Azərbaycan 14,9 milyon ton neft ixrac edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan xarici ölkələrə 14,9 milyon ton neft (kondensatla birlikdə) ixrac olunub.

“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin yanvar-iyul ayları üzrə operativ məlumatlarında deyilir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,7 milyon ton və ya 4,5 % azdır.

İxrac olunan neftin 13,2 milyon tona yaxını Azərbaycan Beynəlxalq əməliyyat Şirkətinin (ABƏŞ) payına düşür. Bu da illik müqayisədə 1,5 milyon və ya 10,2 % azdır.

İxraca nəql edilən həcmlərin 1,7 milyon tonu isə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payına düşür. Bu da 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 800 min ton və ya 88,9 % çoxdur.

Qeyd edək ki, Azərbaycan sahillərindən təxminən 100 km aralıqda yerləşən “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ilk neft 1997-ci ildə hasil olunub.

Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %), INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti