Bu il Azərbaycanın metanol ixracından qazancı 37 % azalıb

Energetika
  • 24 iyun, 2023
  • 09:46
Bu il Azərbaycanın metanol ixracından qazancı 37 % azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycan 37,8 milyon ABŞ dolları dəyərində metanol (metil spiriti) ixrac edib.

“Report”un məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın iyun sayında bildirilib.

Bu, 2022-ci ilin eyni dövrün göstəricisi ilə müqayisədə 22,2 milyon ABŞ dolları və yaxud 37 % azdır.

Bu ilin may ayında Azərbaycan 6,9 milyon ABŞ dolları dəyərində metanol (metil spiriti) ixrac edib. Bu, 2022-ci ilin may ayı ilə müqayisədə 2,5 milyon ABŞ dolları və yaxud 26,6 % azdır.

Qeyd edək ki, 5 ay ərzində Azərbaycanın ümumi ixracı 16,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracı isə 1,5 milyard ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildənn SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti