Bu il Azərbaycanda sənaye istehsalı 2%-ə qədər artıb

Bu il Azərbaycanda sənaye istehsalı 2%-ə qədər artıb Bakı. 15 noyabr. REPORT.AZ/ Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-oktyabr aylarında 40 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çox sənaye məhsulu istehsal edilib.
Energetika
2017
15 Noyabr , 2018 12:58
Bu il Azərbaycanda sənaye istehsalı 2%-ə qədər artıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-oktyabr aylarında 40 mlrd. manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5% çox sənaye məhsulu istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 10%, neft sektorunda isə 0,2% artıb.

Sənaye məhsulunun 73,4%-i mədənçıxarma sektorunda, 22%-i emal sektorunda, 3,9%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Mədənçıxarma sektorunda neft hasilatı 0,1%, əmtəəlik qaz hasilatı isə 3,5% faiz artıb.

Emal sektorunda avtomobil, qoşqu və yarımqoşquların istehsalı 26,5 dəfə, poliqrafiya məhsullarının istehsalı 2,9 dəfə, tütün məmulatlarının istehsalı 2,5 dəfə, elektrik avadanlıqlarının istehsalı 2,4 dəfə, mebel istehsalı 2,1 dəfə, toxuculuq sənayesi məhsullarının istehsalı 48,8%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 35,6%, tikinti materiallarının istehsalı 28,9%, ağacın emalı və ağacdan məmulatların istehsalı 21%, metallurgiya sənayesi məhsullarının istehsalı 13,3%, içkilərin istehsalı 10,6%, kağız və karton istehsalı 6,8%, kimya sənayesi məhsullarının istehsalı 3,8%, rezin və plastik kütlə məmulatlarının istehsalı 0,1% artıb, hazır metal məmulatlarının istehsalı 1,2%, kompüter, elektron və optik məhsulların istehsalı 4,7%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 11,7%, əczaçılıq məhsullarının istehsalı 12,9%, maşın və avadanlıqların istehsalı 17,7%, sair nəqliyyat vasitələrinin istehsalı isə 65,6% azalıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,7%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 3,3% artıb.

Son xəbərlər

Orphus sistemi