Bu il Azərbaycanda külək enerjisinin istehsalı 2 dəfə artıb

Energetika
  • 15 avqust, 2023
  • 07:33
Bu il Azərbaycanda külək enerjisinin istehsalı 2 dəfə artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 37,4 milyon kVt/saat enerji istehsal edib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 743,6 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. İl ərzində bu sahədə 1,7 %-lik artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 16,7 % artaraq 318,9 milyon manat təşkil edib.

Bu ilin 7 ayında Azərbaycanda 15 milyard 342,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 0,3 % çoxdur. Bunun 14 milyard 819,5 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 0,2 % çoxdur.

İstilik elektrik stansiyalarında 13 milyard 653,6 milyon kVt/saat enerji istehsal olunub ki, bu da illik müqayisədə 0,5 % çoxdur.

Su elektrik stansiyalarında 1 milyard 089,3 milyon kVt/saat enerjiı istehsal olunub ki, bu da 2022-ci ilin yanvar-iyul aylarının göstəricisi ilə müqayisədə 5,1 % azdır.

Günəş enerjisi ilə işləyən stansiyalarında 39,2 milyon kVt/saat enerji istehsalı olunub. Bu, 2022-ci ilin 7 ayının göstəricisi ilə müqayisədə 6,2 % çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti