Bu il Azərbaycanda 5,4 mln ton neft emal edilib

Bu il Azərbaycanda 5,4 mln ton neft emal edilib Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 292 min ton az olub
Energetika
21 Dekabr , 2020 15:10
Bu il Azərbaycanda 5,4 mln ton neft emal edilib

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda neft emalı 5,4 mln ton təşkil edib.

Bu barədə “Report” Energetika Nazirliyinin bu ilin 11 ayında ölkədə neft-qaz hasilatı ilə bağlı hazırladığı operativ məlumatlarına əsasən xəbər verir.

Məlumata görə, neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 292 min ton az olub.

Xatırladaq ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu regionun yeganə neftayırma kompleksidir və Azərbaycanın yanacağa olan tələbatının əsas hissəsini təmin edir. Zavodda 15 adda neft məhsulu, o cümlədən avtomobil benzini, təyyarə yanacağı, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur.

1953-cü ildə əsası qoyulan SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda modernizasiya və yenidənqurma layihəsinin 2-ci və 3-cü mərhələləri həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi