Bu il Azərbaycan İsrailə neft satışını 19 % artırıb

Energetika
  • 17 oktyabr, 2024
  • 15:02
Bu il Azərbaycan İsrailə neft satışını 19 % artırıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan İsrailə 2 milyon 372 min 438,38 ton xam neft ixrac edilib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu miqdarda məhsulun dəyəri 1 milyard 464 milyon 048,63 min ABŞ dolları təşkil edib.

Azərbaycandan İsrailə ixrac olunmuş məhsulun miqdarı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18,9 %, dəyəri isə 21,3 % çoxdur.

Bu ilin ilk 9 ayında Azərbaycandan İsrailə ixrac edilən xam neftin ümumi neft ixracında payı 13,48 % olub.

Hesabat dövründə, gömrük bəyannamələrinə əsasən, Azərbaycan 11 milyard 8 milyon 329,94 min ABŞ dolları dəyərində 17 milyon 608 min 860,22 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.

Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 34 milyard 498 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Ticarət dövriyyəsinin 19 milyard 855 milyon ABŞ dolları ixracın, 14 milyard 643 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 25 % azalıb, idxal isə 16 % artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti