Bu il Azərbaycan hansı ölkələrə neft ixrac edib?

Bu il Azərbaycan hansı ölkələrə neft ixrac edib? Xam neft və neft məhsullarının ən böyük alıcısı İtaliya olub
Energetika
17 Mart , 2021 11:28
Bu il Azərbaycan hansı ölkələrə neft ixrac edib?

Azərbaycanın bu ilin yanvar-fevral aylarında ixrac etdiyi və 2 044 milyon ABŞ dolları gəlir əldə etdiyi 5 694 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının ən böyük alıcısı İtaliya olub.

Bu barədə “Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, 2 ay ərzində bu ölkəyə ümumi dəyəri 1 040 milyon ABŞ dolları olan 2 930 min ton xam neft ixrac edilib.

Xam neft ixracında 2-ci yerdə Hindistan qərarlaşıb. Hesabat dövründə Azərbaycandan Hindistana ümumi dəyəri 216 milyon ABŞ dolları olan 574 min ton xam neft göndərilib.

İlk üçlükdə həmçinin İspaniya yer alıb. Azərbaycandan bu ölkəyə ümumi dəyəri 176 milyon ABŞ dolları təşkil edən 507 min ton xam neft tədarük edilib.

Siyahıda 4-cü və 5-ci yerləri Portuqaliya və Ukrayna tutub. Azərbaycandan Portuqaliyaya ümumi dəyəri 124 milyon ABŞ dolları olan 312 min ton, Ukraynaya isə 111 milyon ABŞ dolları olan 339 min ton həcmdə xam neft ixrac edilib.

Azərbaycanın xam neft ixracı siyahısında 6-cı yeri Çin, 7-ci yeri Xorvatiya, 8-ci yeri isə İsrail tutub. Belə ki, Azərbaycandan Çinə ümumi dəyəri 103 milyon ABŞ dolları olan 278 min ton, Xorvatiyaya ümumi dəyəri 62 milyon ABŞ dolları olan 187 min ton, İsrailə isə ümumi dəyəri 40 milyon ABŞ dolları olan 122 min ton xam neft tədarük edilib.

Azərbaycanın xam neft ixracı ilə bağlı siyahısının onluğunu Böyük Britaniya və Almaniya qapayıblar. Belə ki, Azərbaycan Böyük Britaniyaya 40 milyon ABŞ dolları dəyərində 90 min ton, Almaniyaya isə 37 milyon ABŞ dolları dəyərində 92 min ton xam neft göndərib.

Sonrakı yerlərdə isə Belarus və Rumıniya qərarlaşıblar. Azərbaycandan Belarusa 37 milyon ABŞ dolları dəyərində 91 min ton, Rumıniyaya isə ümumi dəyəri 31 milyon ABŞ dolları dəyərində 85 min ton xam neft ixrac edilib.

Bundan başqa, Azərbaycandan Avstraliyaya 21 milyon ABŞ dolları dəyərində 55 min ton, Tunisə isə 7 milyon ABŞ dolları dəyərində 30 min ton xam neft tədarük edilib.

Bu müddət ərzində Azərbaycandan Turkiyəyə 2 min ton, Rusiyaya isə 0,2 min ton xam neft göndərilib. İxrac dəyərləri müvafiq olaraq 471 min və 56 min ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi