Bu il Azərbaycan 35 milyon dollardan çox məbləğdə metanol ixrac edib

Bu il Azərbaycan 35 milyon dollardan çox məbləğdə metanol ixrac edib Metanolun qeyri-neft sektoru ixracında payı 2,76% olub
Energetika
20 Oktyabr , 2020 11:44
Bu il Azərbaycan 35 milyon dollardan çox məbləğdə metanol ixrac edib

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan gömrük bəyannamələrinə əsasən 350 min ton metanol (metil spirti) ixrac edib.

“Report”un Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, bu həcmdə metanolun dəyəri 35,4 mln ABŞ dolları təşkil edib.

Hesabat dövründə metanolun qeyri-neft sektoru ixracında payı 2,76% olub.

Qeyd edək ki, metanol istehsalı Bakının Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir. Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.

Son xəbərlər

Orphus sistemi