Bu il Azərbaycan 18 milyon tona yaxın neft-kondensat ixrac edib

Bu il Azərbaycan 18 milyon tona yaxın neft-kondensat ixrac edib ​​​​​​​Bu ilin yanvar-sentyabr aylarında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 21,6 milyon ton, ixracı isə 17,9 milyon ton olub
Energetika
14 Oktyabr , 2024 09:51
Bu il Azərbaycan 18 milyon tona yaxın neft-kondensat ixrac edib

Bu ilin yanvar-sentyabr aylarında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 21,6 milyon ton, ixracı isə 17,9 milyon ton olub.

“Report” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir əlavə edib ki, bu dövrdə 1,1 milyard kubmetr artımla hasil edilmiş 37,1 milyard kubmetr təbii qazın isə 18,4 milyard kubmetri ixrac olunub.

Qeyd edək ki, hazırda Azərbaycandan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən neft və "Şahdəniz" yatağından hasil edilən kondensat nəql olunur. Bundan əlavə, boru kəməri ilə Türkmənistan və Qazaxıstandan neft nəql edilir.

Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur.

Son xəbərlər

Orphus sistemi