Bu il ARDNF AÇG-dən gəlirlərini 2,1 dəfəyədək artırıb

Energetika
  • 20 iyul, 2022
  • 13:03
Bu il ARDNF AÇG-dən gəlirlərini 2,1 dəfəyədək artırıb

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 4 milyard 871 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu barədə “Report”a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 2 milyard 516,9 milyon ABŞ dolları və yaxud 2,07 dəfə çoxdur.

Xatırladaq ki, 2021-ci ilin 6 ayında ARDNF-in AÇG-dən əldə etdiyi gəlir 2 milyard 354,1 milyon ABŞ dolları təşkil edir.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Bütün Xəbər Lenti