Yuxarı
    Bağlamaq

    Bu il 304 çoxmərtəbəli binaya qaz verilib

    Həmin binalarda ümumilikdə 8 772 mənzil var

    Bakı. 3 noyabr. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi 2016-cı ilin yanvar-oktyabr ayları ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdırıb və müvafiq sənədləri təqdim olunan 304 çoxmərtəbəli binaya təbii qaz verilişini təmin edib.

    “Report” SOCAR-a istinadən xəbər verir ki, həmin binalarda ümumilikdə 8 772 mənzil var.

    “Azəriqaz” İB təbii qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binanın ən qısa müddətdə “mavi yanacaq”la təmin olunmasında maraqlıdır" - qurumdan bildirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi