Yuxarı

BTC ilə neftin nəqli azalıb

Cari ilin yanvar-oktyabr aylarında BTC kəməri ilə 24,325 mln. ton Azərbaycan nefti nəql olunub

Bakı.12 noyabr. REPORT.AZ/ Cari ilin yanvar-oktyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə 24,325 mln. ton Azərbaycan nefti nəql olunub. Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə ixracın həcmi 2,5% azalıb. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.

Bu ilin oktyabr ayında boru kəməri ilə 2,481 mln. ton neft nəql olunub. Bundan başqa, oktyabrda BTC ilə 353,558 min ton Türkmənistan və Qazaxıstan nefti nəql olunub. 

Qeyd edək ki, boru kəməri istifadəyə verilən gündən 2014-cü il noyabrın 1-dək BTC-yə 259,467 mln. ton neft vurulub.

Xatırladaq ki, BTC boru kəmərinin uzunluğu 1 768 km təşkil edir, bunun 443 km-i Azərbaycan, 248 km-i Gürcüstan, 1 076 km-i Türkiyə ərazisinə düşür. BTC kəməri layihəsində BP (30,1%), SOCAR (25%), "Chevron" (8,9%), "Statoil" (8,71%), TPAO (6,53%), ENI (5%), "Total" (5%), "Itochu" (3,4%), "ConocoPhilliрs" (2,5%), "Inрex" (2,5%) və ONGC (2,36%) şirkətləri iştirak edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi