BTC ilə neft ixracı mayda 6 % azalıb
Energetika
- 15 iyul, 2025
- 18:41
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracı bu ilin may ayında gündəlik orta hesabla 568 min barel təşkil edib.
"Report" xəbər verir ki, bu məlumatlar OPEC-in aylıq hesabatında göstərilib.
"May ayında aprellə müqayisədə Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə ixrac 6 % və ya gündəlik 37 min barel azalaraq sutkada 568 min barel təşkil edib", - neft kartelinin hesabatında qeyd olunur.
Ötən ilin may ayı ilə müqayisədə isə BTC ilə neft nəqli 4,5 % və ya gündəlik 27 min barel azalıb.
Xatırladaq ki, kəmərin açılışı 2006-cı il iyul ayının 13-də baş tutub. Onun uzunluğu 1 768 kilometrdir: 443 km-i Azərbaycan, 249 km-i Gürcüstan və 1 076 km-i Türkiyədən keçir.
Son xəbərlər
23:39
Foto
Araz çayında balıqların sayı artıb
Ekologiya
23:21
Putin: Rusiya və Ukrayna razılığa gələ bilər
Region
23:12
Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib
Xarici siyasət
23:09
Türkiyə "Meta"nı məhkəməyə vermək istəyir
Region
22:57
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Hadisə
22:55
Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır
Xarici siyasət
22:37
Foto
Azərbaycanın Qazaxıstandakı səfiri dünya çempionatında iştirak edəcək güləşçilərimizə uğurlar arzulayıb
Fərdi
22:21
Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir
Digər ölkələr
22:14
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
Digər ölkələr