Britaniyanın ən iri enerji avadanlığı təchizatı şirkətinin gəlirləri azalır

Britaniyanın ən iri enerji avadanlığı təchizatı şirkətinin gəlirləri azalır Şirkətin III rüb üzrə gəlirlərində 7% azalma qeydə alınıb
Energetika
23 Noyabr , 2016 17:31
Britaniyanın ən iri enerji avadanlığı təchizatı şirkətinin gəlirləri azalır

Bakı. 23 noyabr. REPORT.AZ/ Elektrik enerjisi avadanlığının təchizatçısı “Aggreko” şirkəti (Böyük Britaniya) ardıcıl olaraq 6 rübdür gəlirlərinin azaldığını elan edir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin III rüb üzrə gəlirlərində 7% azalma qeydə alınıb.

Şirkətin illik nəticələrində vergi öncəsi gəlirlərin 225 mln. funt civarında olacağı gözlənilir.

Qeyd edək ki, iri enerji istehlakçılarına enerji avadanlığı icarəyə verən və elektrik enerjisi çatışmazlığını aradan qaldıran “Aggreko” şirkəti xüsusilə Şimali Amerika neft və qaz bazarlarındakı geriləmədən zərər görüb, eləcə də Cənubi Amerikanın bəzi bazarlarında müqavilələr üzrə danışıqlar aparmaqda çətinliklə üzləşib.

Şirkətin səhmləri son bir neçə ayda iyul ayında qeydə alınan 13 funtdan 8 funta düşüb.

Son xəbərlər

Orphus sistemi