BP şirkətinin Britaniya bölməsinin rəhbəri və Avropa regionu üzrə baş vitse-prezident Piter Mazer (Peter Mather) cari ilin sonunda şirkətdən ayrılacaq.
“Report” “Petrol Plaza”ya istinadən xəbər verir ki, onun yerinə may ayında 20 ildir Enerji İnstitutuna rəhbərlik edən xanım Luiza Kinqham gətiriləcək.
2010-cu ildən adıçəkilən vəzifələrdə çalışan P.Mazer son vaxtlar BP-nin Birləşmiş Krallıqda və Avropa qitəsi boyu region və şəhər, habelə çözümlərlə bağlı yeni quruluşunu tərtib edib. O, şirkətdən ayrıldıqdan sonra isə BP Avropa Müşahidə Şürasının qeyri-icraçı sədri vəzifəsində çalışacaq.
“Bu mühüm vəzifədə Piterin bu qədər səriştəli sələfinın çıxmasında xeyli bəxtimiz gətirdi. Luizanın ictimai siyasətdə, problemlər idarəçiliyində, maraqlı tərəflərlə çalışmaq sahələrindəki təcrübəsi BP-nin yenidən qurulması gündəmi üçün mükəmməl simaya çevirir”, - deyə BP-nin regionlar, şəhərlər, həllər üzrə icraçı vitse-prezidenti Uilyam Lin qeyd edib.
2003-cü ildə əvvəlki Neft İnstitutu bazasında yaradılmış və qərargahı Londonda yerləşən Enerji İnstitutu (Eİ) enerji sektorunun müxtəlif sahələrində çalışan 20 min eksperti və 200 şirkəti birləşdirir.