BP AÇG-də son altı ayda hasilatla bağlı vəziyyəti açıqlayıb

BP AÇG-də son altı ayda hasilatla bağlı vəziyyəti açıqlayıb Bu ilin yanvar-iyun aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunda gündəlik orta hesabla 336 min barel və ya ümumilikdə təxminən 61 milyon barel, yəni 8 milyon ton hasil edilib.
Energetika
1 Avqust , 2024 13:52
BP AÇG-də son altı ayda hasilatla bağlı vəziyyəti açıqlayıb

Bu ilin yanvar-iyun aylarında Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq və Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunda gündəlik orta hesabla 336 min barel və ya ümumilikdə təxminən 61 milyon barel, yəni 8 milyon ton hasil edilib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşlarla birgə bu ilin yarım ili üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

AÇG-də hasilat “Çıraq” (22 min barel), “Mərkəzi Azəri” (96 min barel), “Qərbi Azəri” (77 min barel), “Şərqi Azəri” (52 min barel), “Dərinsulu Günəşli” (57 min barel) və “Qərbi Çıraq” (29 min barel) platformalarından aparılıb.

AÇG-dən hasilatın həcmi 2023-cü ilin müvafiq dövründən gündəlik 39 min barel və ya ümumilikdə təxminən 7 milyon barel (10 %) azdır.

Rübün sonunda AÇG-də ümumilikdə 144 neft hasilatı quyusu, 45 su injektoru quyusu və 8 qaz injektoru quyusu istismarda olub.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Son xəbərlər

Orphus sistemi