Bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq Bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Energetika
14 Sentyabr , 2023 21:10
Bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Bir neçə rayonun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, sabah saat 09:00-dan “Qusar-2” qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xətti ilə “Şahdağ TK (QPS)” qaz ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttinin əlaqələndirilməsi və “Zabrat 1” ölçü qovşağı üzərində quraşdırılmış baypas xəttin birləşmə işləri, həmçinin saat 10:00-dan “Qaz İxrac” İdarəsi tərəfindən “Ağcabədi” QPS-də ölçü qovşağının giriş və çıxış xətləri üzərində olan yararsız siyirtmə və kranın əvəzlənməsi ilə bağlı qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri aparılan müddətdə Sabunçu rayonunun Zabrat və Balaxanı qəsəbələrinin, həmçinin Qusar (böyük hissəsi) və Ağcabədi (tam olaraq) rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Son xəbərlər

Orphus sistemi