Biləsuvarda 7 min abonentə təbii qazın verilişi bərpa olunub.
Bu barədə "Report"un yerli bürosuna Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Biləsuvar şəhərinin M.İbrahimov küçəsində daşıyıcı qaz kəməri zədələndiyinə görə orada bərpa işləri aparılıb.
Bərpa işləri başa çatdırıldıqdan sonra rayona təbii qazın verilişi bərpa edilib.
Biləsuvar rayonunda 7 min abonentin qaz təchizatında fasilə yaranıb.
"Report"un Muğan bürosuna bu barədə Biləsuvar Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Belə ki, Biləsuvar şəhəri, M.İbrahimov küçəsində daşıyıcı qaz kəmərinin zədələnməsi nəticəsində ümumilikdə 7 min abonent olmaqla Biləsuvar şəhərinin və Zəhmətabad, Əliabad, Xırmandalı, Bəydili kəndlərinin bir hissəsinə təbii qazın verilişi məcburi dayandırılıb.
Təmir işlərinin bu gün axşam saat 20-21 radələrində başa çatdırılması planlaşdırılır.