Belarusa Azərbaycan neftini daşıyan növbəti tanker Odessada boşaldılır

Belarusa Azərbaycan neftini daşıyan növbəti tanker Odessada boşaldılır Təxminən 95 min ton həcmində nefti daşıyan tanker sentyabr ayının sonunda Türkiyənin Ceyhan limanından yola salınıb
Energetika
7 Oktyabr , 2020 17:10
Belarusa Azərbaycan neftini daşıyan növbəti tanker Odessada boşaldılır

Azərbaycan neftini Belarusa daşıyan növbəti tanker Odessa limanında boşaldılmağa başlanılıb.

“Report” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında “Belneftexim” konserninin mətbuat katibi Aleksandr Tişenko bildirib.

“Tanker dünən Odessanın Cənub limanına gəlib və boşaldılmağa başlanılıb”, - deyə A.Tişenko bildirib.

Onun sözlərinə görə, neft Mozır neft emalı zavoduna Odessa-Brodı boru kəməri vasitəsilə çatdırılacaq. Ümumilikdə təxminən 95 min ton həcmində nefti daşıyan tanker sentyabr ayının sonunda Türkiyənin Ceyhan limanından yola salınıb.

Bildirilir ki, Belarus neft emalı zavodları oktyabr ayında 1,7 milyon ton neft emal etməyi planlaşdırırlar ki, bura 1,65 milyon ton Rusiya nefti də daxildir. Bu neftin həcmlərinin 80 min tonu dəmir yolu ilə tədarük ediləcək.

Bundan öncə “Belneftexim” konserninin sədri Andrey Rıbakov bildirmişdi ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) cari ildə Belarusa 1 milyon tona qədər neft tədarük edə bilər.

Son xəbərlər

Orphus sistemi