Belarus Rusiya neftinin tranzit tariflərini qaldırıb

Belarus Rusiya neftinin tranzit tariflərini qaldırıb Artım orta hesabla 6,7% təşkil edib
Energetika
1 Fevral , 2018 05:59
Belarus Rusiya neftinin tranzit tariflərini qaldırıb

Bakı. 1 fevral. REPORT.AZ/ Belarusun Antiinhisar Tənzimlənməsi və Ticarət Nazirliyi (ATTN) respublika ərazisindən magistral boru kəmərləri ilə neft nəqli üçün yeni tariflər müəyyən edib.

“Report” TASS-a istinadən xəbər verir ki, ATTN-in qərarı 1 fevral tarixindən qüvvəyə minib.

Rusiya neftinin tranzit tarifləri orta hesabla 6,7% qalxıb. Söhbət "Qomeltrasneft Drujba" ASC və "Polotsktransneft Drujba" magistral boru kəmərləri ilə neftin Rusiyadan Avropaya nəqlindən gedir.

Son xəbərlər

Orphus sistemi