Bayraktar Türkmənistan qazının Türkiyəyə tranziti ilə bağlı tezliklə razılığa gəlməyə ümid edir

Bayraktar Türkmənistan qazının Türkiyəyə tranziti ilə bağlı tezliklə razılığa gəlməyə ümid edir Türkiyə yaxın vaxtlarda Türkmənistan təbii qazının svop tədarükü ilə bağlı razılığa gəlməyə ümid edir.
Energetika
16 İyul , 2024 16:50
Bayraktar Türkmənistan qazının Türkiyəyə tranziti ilə bağlı tezliklə razılığa gəlməyə ümid edir

Türkiyə yaxın vaxtlarda Türkmənistan təbii qazının svop tədarükü ilə bağlı razılığa gəlməyə ümid edir.

“Report” xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar "Bloomberg" agentliyinə müsahibəsində deyib.

“Türkiyə hazırda qonşu İran vasitəsilə qaz mübadiləsi (svop) yolu ilə Türkmənistandan qaz idxalı imkanlarını araşdırır”, - o bildirib.

Nazir əlavə edib ki, bu ayın sonunadək razılığa gəlməyə ümid edir.

Qeyd edək ki, 2024-cü il iyunun 4-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələr imzalanıb. Buraya Türkmənistan qazının Azərbaycan və üçüncü ölkələr vasitəsilə Türkiyəyə nəqli ilə bağlı müddəalar daxildir.

Son xəbərlər

Orphus sistemi