Batumi limanından neft nəqli 38% azalıb
Energetika
- 04 noyabr, 2017
- 06:55
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr ayları ərzində Gürcüstanın Batumi limanından (Qara dəniz) neft və neft məhsullarının daşınması ötən ilin müvafiq dövrü ilə müqayisədə 38,4% azalaraq 1,743 mln. ton təşkil edib.
“Report"un "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə terminalın operatoru olan Qazaxıstanın "KazMunaiGas" dövlət şirkətinin rəsmisi bildirib.
Şirkətin nümayəndəsinin sözlərinə görə, bu ilin oktyabr ayında terminaldan daşımaların həcmi 144,3 min ton təşkil edib. Bu da ötən ilin oktyabr ayından 53% azdır.
Qeyd edək ki, ötən il terminaldan 3,377 mln. ton, 2015-ci ildə isə 3,616 mln. ton neft və neft məhsulları nəql olunub.
Son xəbərlər
10:20
Prezident: Azərbaycan 2028-ci ildə MDB-də sədrliyi öz üzərinə götürməyə hazırdır
Digər10:19
İlham Əliyev: Laçında keçirilən tədbirlər bu diyarın zəngin və qədim tarixi ilə daha yaxından tanış olmağa imkan yaradıb
Xarici siyasət10:18
Hadrutda 100-dən çox şəxs məşğulluqla təmin edilib
Sosial müdafiə10:17
Azərbaycan XİN Uqandanı Milli Günü münasibətilə təbrik edib
Xarici siyasət10:15
Prezident: Ötən illər ərzində MDB siyasi dialoqun dəstəklənməsi üçün tələbat duyulan platforma kimi özünü təsdiqləyib
Xarici siyasət10:15
Foto
Bakıda "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda konfrans keçirilir
Din10:11
Bakıda Avropa Gənc Vəkillər Assosiasiyasının payız konfransı keçirilir
Xarici siyasət10:09
Komitə: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi istiqamətində iş gücləndiriləcək
Din10:09