Baş direktor: “ADB Aİ-yə qədər uzanacaq sualtı kabel layihəsində iştirak etməyi planlaşdırır”

Baş direktor: “ADB Aİ-yə qədər uzanacaq sualtı kabel layihəsində iştirak etməyi planlaşdırır” Asiya İnkişaf Bankı (ADB) Gürcüstandan keçməklə Avropa İttifaqına (Aİ) elektrik enerjisinin ixracını təmin edəcək Qara dəniz sualtı kabel layihəsində iştirak etməyi planlaşdırır.
Energetika
6 May , 2024 11:37
 Baş direktor: “ADB Aİ-yə qədər uzanacaq sualtı kabel layihəsində iştirak etməyi planlaşdırır”

Asiya İnkişaf Bankı (ADB) Gürcüstandan keçməklə Avropa İttifaqına (Aİ) elektrik enerjisinin ixracını təmin edəcək Qara dəniz sualtı kabel layihəsində iştirak etməyi planlaşdırır.

Bunu “Report”a müsahibəsində ADB-nin Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Baş direktoru Yevgeni Jukov bildirib.

“Azərbaycan hökumətinə 2030-cu ilə qədər ölkə enerjisinin 30 %-nin bərpa olunan mənbələrdən əldə edilməsinə dair məqsədlərinə nail olmaq üçün yardım göstərmək istəyirik. Bundan başqa, Gürcüstan ərazisindən keçməklə Aİ-yə sualtı kabel xəttinin çəkilməsi ilə bağlı müzakirələr davam edir. Dünya Bankı texniki-iqtisadi əsaslandırmanın hazırlanmasında koordinator kimi çıxış edir və texniki yardım göstərir. Amma bununla bağlı konsepsiya təsdiq edildikdən sonra bu layihədə iştirak etməkdən məmnun olarıq. Bir neçə gün əvvəl biz onu da qeyd etdik ki, üç ölkənin – Azərbaycan, Qazaxıstan və Özbəkistan – hökumətləri Özbəkistanın qərbi və Qazaxıstanı Xəzər dənizi vasitəsilə Azərbaycanla birləşdirəcək sualtı kabel xəttinə dair Anlaşma Memorandumu imzalayıblar. Yəni söhbət yenə də “yaşıl enerji” dəhlizindən gedir”, - o vurğulayıb.

Baş direktorun sözlərinə görə, ADB “Azərbaycan-Avropa İttifaqı Yaşıl Dəhliz” layihəsində də iştirak edə bilər:

“Onu deyə bilərəm ki, əgər texniki-iqtisadi əsaslandırma bu ideyanın həyata keçirilməsinin mümkün olduğunu göstərərsə, biz həm Azərbaycan, həm də Gürcüstanla belə bir layihədə iştirakımızı müzakirə etməkdə çox maraqlı olacağıq. Əminəm ki, bu, çox böyük layihə olacaq və buna görə də Dünya Bankı, ADB və digərləri üçün yer olacaq”.

Son xəbərlər

Orphus sistemi