Bakının bir neçə ərazisinə qaz verilişində fasilə olacaq

Bakının bir neçə ərazisinə qaz verilişində fasilə olacaq İyunun 12-də səhər saatlarından etibarən Yasamal rayonu, Tbilisi prospekti, “Çıraq Plaza”nın qarşısında yol keçidinin tikintisi ilə əlaqədar yeni çəkilmiş diametri 315 mm olan polietilen yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinə başlanılıb.
Energetika
12 İyun , 2020 09:47
Bakının bir neçə ərazisinə qaz verilişində fasilə olacaq

İyunun 12-də səhər saatlarından etibarən Yasamal rayonu, Tbilisi prospekti, “Çıraq Plaza”nın qarşısında yol keçidinin tikintisi ilə əlaqədar yeni çəkilmiş diametri 315 mm olan polietilen yeraltı qaz xəttinin mövcud şəbəkəyə qoşulması işlərinə başlanılıb. 

"Azəriqaz" İstehsalat Birliyindən "Report"a verilən məlumata görə, bu işin icrası üçün müvəqqəti olaraq qaz təchizatı dayandırılıb. Bu müddətdə Yasamal rayonu, Tbilisi prospekti 47, 49, Ş.Mehdiyev küçəsi 95, 97, 97a, “Tamam” MTK, “Grand Həyat” MTK, 1-ci Alatava qəsəbəsində, o cümlədən Nəsimi rayonu, Salamzadə, A.Əliyev küçələrində bir qrup istehlakçının qaz təchizatında fasilə yaranacaq. Əlavə olaraq, Ə.Topçubasov, 1 ci mikrorayon H.Ələsgərova, E.Qasımzadə, C.Cabbarlı küçələrində də qaz təchizatı məhdudlaşdırılıb. Qaz təchizatının günorta saatlarına qədər bərpası gözlənilir.

Son xəbərlər

Orphus sistemi