Bakıda neft-kimya müəssisələrinin 2 ərazidə zonalaşdırılması təklif olunur

Bakıda neft-kimya müəssisələrinin 2 ərazidə zonalaşdırılması təklif olunur Ətraf mühit baxımından zərərli olan mövcud neft-kimya məhsullarının istehsalı müəssisələrinin (təqribən 510 ha) Bakının mərkəzindən kənara köçürülməsi və müvafiq şəkildə zonalaşdırılması təklif edilir.
Energetika
8 Yanvar , 2024 00:18
Bakıda neft-kimya müəssisələrinin 2 ərazidə zonalaşdırılması təklif olunur

Ətraf mühit baxımından zərərli olan mövcud neft-kimya məhsullarının istehsalı müəssisələrinin (təqribən 510 ha) Bakının mərkəzindən kənara köçürülməsi və müvafiq şəkildə zonalaşdırılması təklif edilir.

“Report”un xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb. Baş planda Sanqaçal (neft-kimya və ağır sənaye müəssisələri) və Ələtdə (istehsal və ağır sənaye müəssisələri) sənaye zonalarının inkişaf etdirilməsi tövsiyə edilir.

Bildirilir ki, Sanqaçal Terminalı (Bakı şəhərinin mərkəzindən cənub-qərbdə 550 ha ərazini əhatə edir) kimi iri sənaye obyektləri yerli və milli iqtisadiyyat üçün böyük əhəmiyyət daşımağa davam edir. Planda hər iki ərazi ağır sənaye sahələrinin yerləşdirilməsi üçün əlverişli hesab olunur:

- burada neft və neft-kimya məhsulları terminalı kimi müəssisələr fəaliyyət göstərir;

- burada neft-kimya və neft məhsulları (dövlət ehtiyatları daxil olmaqla), mayeləşdirilmiş qaz, həmçinin partlayıcı maddələr və zəhərli məhsullar üçün anbarlar mövcuddur;

- ərazidə yüksək səs-küy olan maşınqayırma və metallurgiya müəssisələri fəaliyyət göstərir;

- ərazidə tikinti materiallarının (məsələn, sement zavodları) istehsalı müəssisələri fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi