Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə nəql 6% artıb

Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə nəql 6% artıb Bu kəmərlə 4,4 mlrd. kubmetr qaz ötürülüb
Energetika
16 Avqust , 2017 16:20
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə nəql 6% artıb
Report

Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanın magistral qaz kəmərləri ilə 12 036,9 mln. kubmetr qaz nəql edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, magistral qaz kəmərləri ilə nəqletmədə əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,6% artım müşahidə olunub. Qazın nəqlinin 36,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 4 426,4 mln. kubmetr qaz ötürülüb. Bu qaz kəməri ilə nəql 6,4% artıb.

Qeyd edək ki, CQBK Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" qaz-kondensat yatağından hasil edilən qazın nəqli üçün inşa edilib. Boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Kəmər Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə eyni marşrutdadır və Türkiyədə bu ölkənin qazpaylama sisteminə birləşdirilib.

Bu boru kəməri 2006-cı ilin sonunda istismara verilib və Azərbaycan, Gürcüstan və Türkiyəyə "Şahdəniz" qazını çatdırır.

CQBK-nın iki operatoru var – BP şirkəti obyektlərin tikintisi və istismarı üzrə məsul texniki operator, SOCAR isə kommersiya əməliyyatları üzrə məsul kommersiya operatorudur.

CQBK-nın sərmayədarları qismində BP (28,8%), "AzSCP" (10%), "SGC Midstream" (6,7%), "Petronas" (15,5%), "LUKoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri çıxış edir.

Son xəbərlər

Orphus sistemi