“Babək” strukturunun dərin sulu hissəsinin kəşfiyyat planı hazırlanacaq

Energetika
  • 07 oktyabr, 2021
  • 12:00
“Babək” strukturunun dərin sulu hissəsinin kəşfiyyat planı hazırlanacaq

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Babək” strukturunda axtarış kəşfiyyat işlərinin aparılması üçün sahənin dayaz sulu hissəsində (dərinliyi 62 metr) mühəndisi-geoloji, geotexniki tədqiqat işləri aparılıb.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) saytında dərc olunan şirkətin 2020-ci il üzrə illik hesabatında deyilir.

Hesabata əsasən, 2021-ci ildə bu sahədə Üzən Qazma qurğusu vasitəsi ilə BX-01 axtarış quyusunun qazılmasına başlanılması planlaşdırılır: “BX01 quyusundan əldə edilən nəticələrdən asılı olaraq “Babək” strukturunun dayaz sulu hissəsinin işlənmə planı və dərin sulu hissəsinin kəşfiyyat planı hazırlanacaq”.

Məlumata görə, quyunun Məhsuldar Qatın VII horizontuna qazılması və gündəlik 2,5 milyon kubmetr qaz, 460 kubmetr maye hasil olunması nəzərdə tutulur: “Daşgil sahəsində yeni terminalın tikintisi və “Umid-2” platformasından 500 mm-lik 55-60 atmosfer təzyiqli nəql xəttinin çəkilməsi üçün layihələndirmə işləri "Neftqazelmitədqiqatlayihə" İnstitutu tərəfindən aparılır və yekunlaşmaq üzrədir”.

Bildirilir ki, 2020-ci ilin sonuna terminal ərazisində torpaqlama işləri yekunlaşdırılıb.

44 filmi