“Azneft”in fəaliyyətsiz quyu fondundan 62 quyu istismara qaytarılıb

“Azneft”in fəaliyyətsiz quyu fondundan 62 quyu istismara qaytarılıb Bu quyulardan 26,8 min ton neft alınıb
Energetika
24 Avqust , 2017 16:19
“Azneft”in fəaliyyətsiz quyu fondundan 62 quyu istismara qaytarılıb

Bakı. 24 avqust. REPORT.AZ/ Bu ilin yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinin fəaliyyətsiz quyu fondundan 38 quyu nəzərdə tutulduğu halda, 62 quyu istismara qaytarılıb.

Birlikdən “Report”a verilən məlumata görə, bu quyulardan 26,8 min ton neft alınıb. 

Ötən 7 ay bütövlükdə “Azneft” üçün uğurlu dövr olub. Yeni obyektlərin və qurğuların tikintisi, onların istismara verilməsi, hasilatın artırılması, xidməti sahələrin, tikililərin və binaların əsaslı təmiri, eləcə də işçilərin əmək şəraitinin yaxşılaşdırılması istiqamətində, bütün sahələr üzrə kompleks tədbirlər görülüb. Hesabat dövründə uğurlu nəticələr əldə edilib, neft sənayesinin inkişafı üçün nəzərdə tutulan proqnoz tapşırıqlara əməl olunub”,- deyə məlumatda qeyd olunub. 

Məlumatda həmçinin deyilir ki, hesabat dövründə “Azneft” üzrə 3 mln. 595,5 min ton neft, 2,99 mlrd. kubmetr qaz hasil edilib: “Yeni quyuların qazılması işi bu il də uğurla davam etdirilib. Çoxsaylı qazma işləri həyata keçirilib, yeni-yeni neft və qaz quyuları istismara verilib. Qazma işlərinin həcminin genişləndirilməsi nəticəsində, ilin ilk 7 ayı ərzində “Azneft” İB-nin sifarişi əsasında 39 quyu qazılaraq istismara verilib. Yeni quyuların qazılması nəticəsində 48 min ton neft hasil edilib”.

"İlin əvvəlindən 377 geoloji tədbir keçirilib, nəticədə 135,6 min ton neft hasil edilib ki, bu da plana qarşı 48 tədbir çox və 51,3 min ton artıq neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə, 22,1 min ton plana qarşı 31 min ton neft hasil edilib”,- deyə “Azneft”dən bildirilib.

Son xəbərlər

Orphus sistemi