“Azərkontrakt” ötən il alıb-satdığı qazın həcmini açıqlayıb

Energetika
  • 09 mart, 2022
  • 11:30
“Azərkontrakt” ötən il alıb-satdığı qazın həcmini açıqlayıb

“Azərkontrakt”ASC 2021-ci ildə 15,8 milyard kubmetr təbii qazın alışını və 12,9 milyard kubmetr təbii qazın satışını həyata keçirib.

“Report” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Hesabata əsasən, həmçinin, 2,3 milyard kubmetr təbii qazın yeraltı qaz anbarlarına vurulmasını, 326,5 milyon kubmetr təbii qazın mövsümü mübadilə məqsədləri ilə Rusiya Federasiyasına göndərilməsi təmin edilib.

Azərbaycanda iki - “Qalmaz” və “Qaradağ” yeraltı qaz anbarları mövcuddur. Qaz anbarlarına qazvurma mövsümü aprel-noyabr aylarını əhatə edir.

Qeyd edək ki, Azərbaycanda istehlakçıların təbii qazla təchiz edilməsi funksiyalarını 2021-ci il yanvarın 1-dən "Azərkontrakt" ASC icra edir. Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda daxili bazarda təbii qazın 2021-ci il 1 yanvar tarixdən etibarən qaz istehsalçılarından satın alınması, onun nəqlinın, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması “Azərkontrakt” ASC-yə həvalə edilib.

Qərar daxili bazarda təbii qazın alqı-satqı əməliyyatlarının optimallaşdırılması, səmərəliliyinin artırılması və bununla bağlı mərkəzləşdirilmiş idarəetmənin təmin edilməsi məqsədilə qəbul edilib.

44 - Tezliklə