“Azəristiliktəchizat”: Mənzillərdəki istilik sistemlərini sayğaclaşdırmaq mümkün deyil

“Azəristiliktəchizat”: Mənzillərdəki istilik sistemlərini sayğaclaşdırmaq mümkün deyil Azərbaycanda mənzillərdəki istilik sistemlərinin sayğaclaşdırılması mümkün deyil.
Energetika
23 aprel 2025 16:02
“Azəristiliktəchizat”: Mənzillərdəki istilik sistemlərini sayğaclaşdırmaq mümkün deyil
İlham Mirzəyev

Azərbaycanda mənzillərdəki istilik sistemlərinin sayğaclaşdırılması mümkün deyil.

“Report” xəbər verir ki, bunu “Azəristiliktəchizat” ASC-nin sədr əvəzi İlham Mirzəliyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bugünkü iclasında - “İstilik təchizatı haqqında” qanun layihəsinin müzakirəsində bildirib.

“Bu, texniki cəhətdən mümkün deyil. Çünki, bütün mənzillərin otaqlarındakı batareyaların üzərinə xüsusi qurğular - datçiklər yerləşdirilməlidir. Bu, kifayət qədər bahalıdır və həyata keçirilməsi Azərbaycan reallığında mümkün deyil. Buna görə də biz binaya verilən enerji sərfiyatını dəqiqləşdirmək üçün mənzillərə deyil, binaya sayğac qoyulmasını təklif etdik. Bununla binaya verilən enerjinin miqdarı mənzillərin sayına uyğun olaraq bölünəcək və onun həcmi müəyyən ediləcək”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi