“Azərişıq” Goranboyun 2 dağ kəndində yenidənqurma işləri görüb

“Azərişıq” Goranboyun 2 dağ kəndində yenidənqurma işləri görüb Goranboy rayonu Rus Borisi və Buzluq kəndlərinin elektrik təsərrüfatı keçən əsrin 60-cı illərində qurulub
Energetika
26 Avqust , 2021 12:08
“Azərişıq” Goranboyun 2 dağ kəndində yenidənqurma işləri görüb

“Azərişıq” ASC Goranboy EŞ –nin xidməti ərazisində yerləşən, ucqar dağ kəndləri olan Rus Borisi və Buzluqda yenidənqurma işləri görüb.

"Report" xəbər verir ki, bu barədə “Azərişıq” məlumat yayıb.

Bildirilir ki, Rus Borisi kəndində əsas problemlərdən biri meşənin içərisindən keçən köhnə 10 kV-luq xətt olub. Yeni layihə əsasında xətt meşə ərazisindən çıxarılaraq yol kənarı ilə 6 km məsafədə metal dayaqlarla yenidən inşa olunub. Kənd daxilində 4 500 metr izolyasiyalı naqillərlə 0,4 kV-luq xətt çəlilib, 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəz olunub.

Buzluq kəndi daxilində 5 500 metr izolyasiyalı naqil və 200 ədəd metal dayaqdan istifadə olunub. 10 kV şəbəkə yenidən qurulub. 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəz edilib.

Qeyd edək ki, Goranboy rayonu Rus Borisi və Buzluq kəndlərinin elektrik təsərrüfatı keçən əsrin 60-cı illərində qurulub. Elektrik təchizatının yaxşılaşdırılması işləri başa çatdıqdan sonra ümumilikdə 300-dək abonent dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub.

Son xəbərlər

Orphus sistemi