“Azərişıq” Füzulidə hərbi hissəni elektrik enerjisi ilə təmin edib

“Azərişıq” Füzulidə hərbi hissəni elektrik enerjisi ilə təmin edib Füzulidə yeni çəkilən xətt vasitəsilə hərbi hissə elektrik enerjisi ilə təmin edilib.
Energetika
25 İyul , 2022 15:18
“Azərişıq” Füzulidə hərbi hissəni elektrik enerjisi ilə təmin edib

Füzulidə yeni çəkilən xətt vasitəsilə hərbi hissə elektrik enerjisi ilə təmin edilib.

Bu barədə “Report”a "Azərişıq" ASC-nin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş digər ərazilər kimi Füzuli rayonunda da yenidənqurma işləri davam etdirilir.

Bu dəfə Füzulidə növbəti N saylı hərbi hissənin elektrik enerjisi ilə təmin edilməsi üçün görülən işlər yekunlaşdırılıb. Çəkilən 35/0,4 kV-luq elektrik xətti vasitəsilə hərbi hissə elektrik enerjisi ilə təchiz olunub.

Mənbəyini Füzuli şəhərindəki 110/35/10 kV-luq yarımstansiyadan götürən xəttin uzunluğu 22,5 km-dir və izolyasiyalı naqillə çəkilib.

İşlərin aparıldığı ərazilər əvvəlcə minalardan təmizlənib.

Füzulidə tikiləcək obyektlərin, yaşayış məntəqələrinin də elektrik enerjisi ilə təchizatı üçün layihələndirmə aparılır. Görüləcək işlər innovativ yeniliklərin tətbiqi ilə müasir standartlara uyğun reallaşdırılacaq.

Son xəbərlər

Orphus sistemi