“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib

“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib Bu gün “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu keçirilib.
Energetika
27 Avqust , 2021 14:47
“Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu keçirilib.

"Report" xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilir ki, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Siyəzən rayonu, baş direktorun satış üzrə müavini Rəşad Cavadov Xızı rayonu, baş direktorun əməyin mühafizəsi üzrə müavini Ceyhun Şıxəliyev isə Xaçmaz rayonu sakinləri ilə videoformatda keçirilən görüş zamanı vətəndaşların müraciətlərini dinləyiblər. Qəbulda qaz xətlərinin yerinin dəyişdirilməsi, fərdi qaz çəkilişləri və s. müraciətlər ünvanlanıb. Qaldırılan məsələlərin həllinə dair baş direktorun müavinləri vətəndaşların müraciətlərinə operativ baxılması ilə bağlı müvafiq tapşırıqlarını veriblər.

Son xəbərlər

Orphus sistemi