“Azəriqaz”ın müştəri xidmətinin əməkdaşları ixtisasartırma kurslarına cəlb edilir

“Azəriqaz”ın müştəri xidmətinin əməkdaşları ixtisasartırma kurslarına cəlb edilir Birlik tərəfindən SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi ilə birlikdə təlim-ehtiyac analizləri aparılıb və müvafiq ixtisasartırma proqramları hazırlanıb
Energetika
16 İyul , 2021 13:55
“Azəriqaz”ın müştəri xidmətinin əməkdaşları ixtisasartırma kurslarına cəlb edilir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi tərəfindən həyata keçirilən “Müştəri Məmnuniyyətinin Yüksəldilməsi Layihəsi” çərçivəsində Birliyin strukturuna daxil olan qurumların Müştəri xidməti şöbəsində çalışan əməkdaşların ixtisasartırma kurslarına cəlb edilməsi həyata keçirilir.

Bu barədə “Report”a “Azəriqaz”dan məlumat verilib.

Məlumata görə, Birlik tərəfindən SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi ilə birlikdə təlim-ehtiyac analizləri aparılıb və müvafiq ixtisasartırma proqramları hazırlanıb.

Əsas məqsəd regionlarda fəaliyyət göstərən “ASAN xidmət” mərkəzlərində vətəndaşlara xidmət göstərən Birlik əməkdaşlarının göstərdikləri xidmətlər üzrə bilik, bacarıq və vərdişlərinin artırılmasıdır. Birliyin təlim keçmiş əməkdaşları SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin təşkil etdiyi onlayn imtahanlarda iştirak edəcəklər. İmtahandan uğurla keçmiş şəxslərə SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi tərəfindən sertifikatlar təqdim ediləcək. Təlim ilkin olaraq ”Azəriqaz” İB-nin Ağsu Regional qaz istismarı İdarəsinin xidmət göstərdiyi Şamaxı və Kürdəmir “ASAN xidmət” mərkəzlərində keçirilib. Hazırda Masallı “ASAN xidmət” mərkəzində davam etdirilir.

Son xəbərlər

Orphus sistemi