“Azəriqaz”ın “Açıq mikrofon”u Lerik rayonunda olacaq

“Azəriqaz”ın “Açıq mikrofon”u Lerik rayonunda olacaq “Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası uğurla davam edir
Energetika
16 Avqust , 2021 12:58
“Azəriqaz”ın “Açıq mikrofon”u Lerik rayonunda olacaq

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası uğurla davam edir.

"Report" xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Məlumatda həmçinin bildirilir ki, təşkil olunan “Səyyar qəbul otaqları”na olan inam bu aksiyada iştirak edən vətəndaşların sayının artmasına səbəbolub. Üstəlik, problem və təkliflərə Birliyin rəhbərliyi tərəfindən verilən operativ reaksiya da aksiyanın səmərəliliyinə təsir edən əsas amillərdəndir.

Bu günə qədər “Səyyar qəbul otaqları” dörd ayrı-ayrı yerlərdə təşkil olunub. Növbəti bu tip aksiyanın ünvanı da dəqiqləşdirilib. Çoxsaylı müraciətlər Lerik rayonunun Babaküçə kəndində vəziyyəti yerində araşdırmaq zərurəti yaradıb. Belə ki, avqustun 18-də saat 11:00-dan 14:00-a qədər Birliyin “Açıq mikrofon”u bu kəndin sakinlərinin ixtiyarında olacaq. “Azəriqaz” İB vətəndaşa daha yaxın, daha əlçatan olmaq üçün xidmətçi missiyasını davam etdirir.

Son xəbərlər

Orphus sistemi