Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyi və “Azəristiliktəchizat” arasında olan borc problemi iki qurum arasında müzakirə olunub və məsələ öz həllini tapıb.
“Report”un məlumatına görə, bunu bu gün “Azəriqaz”da media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı “Azəriqaz”ın Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib.
Onun sözlərinə görə, hətta “Azəristiliktəchizat” debitor borcla bağlı müəyyən ödənişlər də həyata keçirib: “Hazırda hər hansı qazanxanalara təbii qazın verilməsi ilə bağlı hər hansı bir məhdudiyyət yaşanmır”.
Qeyd edək ki, iki qurum arasında mövcud problem Nazirlər Kabineti səviyyəsində müzakirəyə çıxarıldı. Baş nazir Əli Əsədovun göstərişi ilə “Azəristiliktəchizat” ASC-yə dotasiya ayrılıb. Bu dotasiya da “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcunun əhəmiyyətli hissəsini təmin etmiş olub.
Xaqtırladaq ki, “Azəristiliktəchizat” ASC-nin “Azəriqaz”a olan 34 milyon manatdan artıq borcunu Azərbaycan hökuməti öz üzərinə götürüb.