“Azəriqaz” bu il 69 min istehlakçıya xidmət göstərib

“Azəriqaz” bu il 69 min istehlakçıya xidmət göstərib Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək
Energetika
7 Avqust , 2017 13:42
“Azəriqaz” bu il 69 min istehlakçıya xidmət göstərib

Bakı. 7 avqust. REPORT.AZ/ “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2017-ci ilin yanvar-iyul ayları ərzində “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərində ümumilikdə 68 644 müraciətə baxılıb. 

Bu barədə “Report”a birliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, müraciətlərə Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN Kommunal” mərkəzinə, eləcə də 1, 2, 3, 4, 5 saylı “ASAN Xidmət” mərkəzlərinə və “ASAN Səyyar” xidmətinə, həmçinin Bərdə, Sabirabad, Masallı, Qəbələ rayonlarında və Gəncə şəhərində yerləşən “ASAN Xidmət” mərkəzlərində baxılıb.

Açıqlamada deyilir ki, istehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə İstehsalat Birliyi bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi