“Azəriqaz”: 9 ayda əhali sektoru üzrə 60 772 yeni abunəçi qeydiyyata alınıb

“Azəriqaz”: 9 ayda əhali sektoru üzrə 60 772 yeni abunəçi qeydiyyata alınıb Bakı. 11 oktyabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 60 772 yeni abonent qeydiyyata alınıb.
Energetika
11 Oktyabr , 2018 16:13
“Azəriqaz”: 9 ayda əhali sektoru üzrə 60 772 yeni abunəçi qeydiyyata alınıb
Report
0 : 00
0 : 00

Bakı. 11 oktyabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 60 772 yeni abonent qeydiyyata alınıb.

“Report” “Azəriqaz”a istinadən xəbər verir ki, bunun da 36 654-ü Bakı, Abşeron və Sumqayıt, 24 118-i isə regionlar üzrədir.

Bildirilib ki, yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, həmçinin təbii qazla təmin olunmuş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

“Bundan başqa, Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən məqsədyönlü işlər öz müsbət nəticəsini göstərib. Aparılan işlər nəticəsində ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 2 154 614-ə çatıb”, - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi