SOCAR talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirib

SOCAR talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirib Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinində "20 Sentyabr Neftçilər Günü" Tədbirlər Proqramı çərçivəsində hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara və digər xəstəliklər səbəbindən qana ehtiyac duyan insan
Energetika
17 Sentyabr , 2021 13:34
SOCAR talassemiyadan əziyyət çəkən uşaqlar üçün qanvermə aksiyası keçirib

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyinində "20 Sentyabr Neftçilər Günü" Tədbirlər Proqramı çərçivəsində hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara və digər xəstəliklər səbəbindən qana ehtiyac duyan insanlara dəstək məqsədilə növbəti qanvermə aksiyası keçirilib.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, qanverməni B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının ezam etdiyi xüsusi tibbi briqada aparıb.

"COVID-19" pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin xüsusi karantin qaydalarının bütün tələblərinə uyğun şəkildə təşkil edilmiş aksiyada 150 nəfər qan verib.

Xatırladaq ki, SOCAR-ın çoxminlik kollektivi Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışı ilə “Talassemiyasız həyat naminə” talasemiyalı uşaqlara yardım proqramına 2009-cu ildən qoşulub. Bu günə qədər 36 445 nəfər SOCAR əməkdaşı donorluq edərək talassemiyalı uşaqlara köməklik məqsədi ilə qanvermə aksiyasında iştirak edib. 2020-2021-ci illərdə isə SOCAR əməkdaşlarından 2 272 nəfəri qanvermə aksiyasında iştirak edib.

Son xəbərlər

Orphus sistemi