Azərbaycanla Səudiyyə Ərəbistanı "yaşıl enerji" əməkdaşlığını müzakirə edib
Azərbaycanla Səudiyyə Ərəbistanı "yaşıl enerji" əməkdaşlığını müzakirə edibAzərbaycan və Səudiyyə Ərəbistan "yaşıl enerji"yə keçid sahəsində davam edən layihələr və potensial addımlar istiqamətində birgə fəaliyyəti nəzərdən keçiriblər.
Azərbaycan və Səudiyyə Ərəbistanı "yaşıl enerji"yə keçid sahəsində davam edən layihələr və potensial addımlar istiqamətində birgə fəaliyyəti nəzərdən keçiriblər.
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, müzakirələr energetika naziri Pərviz Şahbazovla birlikdə Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl-Səud ilə videokonfrans formatında keçirilən görüşdə baş tutub. Tərəflər energetika sahəsində fəal əməkdaşlığın dəstəklənməsi barədə fikir mübadiləsi aparıb.
Azərbaycanın energetika naziri, həmkarım Pərviz Şahbazovla (@ParvizShahbazov) birlikdə Səudiyyə Ərəbistanı Krallığının energetika naziri şahzadə Əbdüləziz bin Salman Əl-Səud ilə videokonfrans formatında keçirdiyimiz görüşdə #energetika sahəsində fəal əməkdaşlığın dəstəklənməsi,… pic.twitter.com/YNi5rYGhIa
— Mikayil Jabbarov (@MikayilJabbarov) July 8, 2024