​Azərbaycanın mədən sənayesindən məlumatları "Moore Stephens" toplayacaq

​Azərbaycanın mədən sənayesindən məlumatları "Moore Stephens" toplayacaq "Baker and McKenzie" şirkəti ARDNF-in hüquq məsləhətçisi seçilib
Energetika
29 İyun , 2016 18:54
​Azərbaycanın mədən sənayesindən məlumatları Moore Stephens toplayacaq

Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib.

Fonddan "Report"a bildirilib ki, iclas zamanı iştirakçılar Azərbaycanın MHŞT prosesi çərçivəsində növbəti qiymətləndirmə prosesi və 2015-ci il üzrə MHŞT Proqres Hesabatını müzakirə ediblər.

Həmçinin, ölkənin hasilat sənayesində fəaliyyət göstərən yerli və xarici şirkətlərin Azərbaycan hökumətinə ödənişləri və Azərbaycan hökumətinin yerli və xarici şirkətlərdən daxilolmaları barədə 20, 21, 22-ci hesabatı (2015-2017-ci illər üzrə) tutuşduraraq təhlil edəcək müstəqil administrator (auditor) şirkətinin seçilməsi məqsədilə keçirilən təkliflər sorğusunun nəticələrini müzakirə olunub. Çoxtərəfli Qrup növbəti üç il üçün yerli və xarici hasilat şirkətlərindən əldə edilmiş məlumatların toplanması və tutuşdurulmasının "Moore Stephens" şirkəti tərəfindən keçirilməsinə qərar verib.

ÇQ-nin iclasında mədən hasilatı sənayesində benefisiar sahiblik məlumatlarının açıqlanmasına dair yol xəritəsinin hazırlanması məqsədilə hüquq, məsləhət xidmətlərinin göstərilməsi üçün "Baker and McKenzie" şirkəti seçilib.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. MHŞT neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulmuşdur. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana "2009-cu il MHŞT mükafatı" təqdim edilmişdir.

Son xəbərlər

Orphus sistemi