Azərbaycanın idxal etdiyi “Premium Euro-95” markalı benzinin həcmi açıqlanıb

Energetika
  • 16 dekabr, 2024
  • 09:47
Azərbaycanın idxal etdiyi “Premium Euro-95” markalı benzinin həcmi açıqlanıb

Azərbaycan bu ilin yanvar-oktyabr aylarında 65 min 121,35 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib.

Bu barədə “Report” Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,2 % azdır.

Hesabat dövründə idxal edilən “Premium Euro-95” markalı benzinin dəyəri 61 milyon 738,82 min ABŞ dolları (6,8 % az) təşkil edib.

İdxalın strukturunda ümumi tədarük həcminin 32,9 %-i və ya 20 milyon 373,38 min ABŞ dolları dəyərində (6,4 % çox) 21 min 409,2 tonu (5,7 % çox) Belarusun payına düşüb.

Tədarükün qalan həcmi aşağıdakı ölkələr üzrə belə bölünüb: Rusiya - 14 milyon 383,87 min ABŞ dolları dəyərində 15 min 544,95 ton, Yunanıstan – 7 milyon 122,06 min ABŞ dolları dəyərində 6 min 585,27 ton, Bolqarıstan – 2 milyon 822,3 min ABŞ dolları dəyərində 2 min 553,47 ton, Rumıniya – 16 milyon 339,76 min ABŞ dolları dəyərində 18 min 245,69 ton, BƏƏ - 697,45 min ABŞ dolları dəyərində 782,77 ton.

Statistik məlumatlara görə, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 2 milyon 23 min ABŞ dolları dəyərində (4,8 % az) 1 min 650,08 ton (6,5 % az) "Super Euro-98" markalı benzin idxal edilib.

İdxalın strukturunda 337,27 min ABŞ dolları məbləğində 275,1 ton benzin Belarusdan, 695,12 min ABŞ dolları dəyərində 566,98 ton benzin Bolqarıstandan, 990,61 min ABŞ dolları dəyərində 808 ton benzin Rumıniyadan tədarük edilib.

Xatırladaq ki, "Premium Euro-95" və "Super Euro-98" markalı avtomobil benzini Azərbaycana 2014-cü il aprelin 1-dən idxal olunur.

Son xəbərlər

Bütün Xəbər Lenti