Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq tədbirin tarixi məlum olub

Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq tədbirin tarixi məlum olub Oktyabrın 28-də, Bakı vaxtı ilə saat 12:00-dan 16:00-a qədər, onlayn rejimdə Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək.
Energetika
26 Oktyabr , 2020 16:14
Azərbaycanın ev sahibliyi edəcəyi beynəlxalq tədbirin tarixi məlum olub

Oktyabrın 28-i Bakı vaxtı ilə saat 12:00-dan 16:00-a qədər onlayn rejimdə Bakı Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək.

Bu barədə “Report”a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbir Beynəlxalq Enerji Xartiyasının nazirliklə əməkdaşlığı çərçivəsində, “Enerji istehsalı, nəqli, istilik və soyutma sahələrində bərpa olunan enerji mənbələrinə keçid: müasir çağırışlar və meyllər” mövzusunda baş tutacaq. Forumda bərpa olunan enerji mənbələrinə əsaslanan daha dayanıqlı bir dünyada çağırış və imkanlar nəzərdən keçiriləcək, həmçinin bütün dünyada enerji sektorunun gələcəyini müasir strategiya, layihə və texnologiyaların necə formalaşdıracağı müzakirə ediləcək.

Tədbirdə Enerji Xartiyasının iştirakçısı olan ölkələrin hökumət və beynəlxalq təşkilatlarından yüksək səviyyəli məruzəçilər, həmçinin özəl sektordan, maliyyə institutlarından, analitik mərkəzlərdən və elmi dairələrdən olan aparıcı beynəlxalq ekspertlər iştirak edəcəklər. Forumda iştirak yalnız dəvət əsasında həyata keçirilir. Tədbirdə iştirak etmək istəyənlər aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

https://www.energycharter.org/media/events/article/baku-international-energy-charter-forum/?tx_news_pi1%5Bcontroller%5D=News&tx_news_pi1%5Baction%5D=detail&cHash=3781cb9ad98050ff73fa954f5061c4ff

Son xəbərlər

Orphus sistemi