Azərbaycanın 10 ayda idxal etdiyi neftin həcmi açıqlanıb
- 18 dekabr, 2024
- 13:56
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 881 milyon 165,58 min ABŞ dolları dəyərində 1 milyon 588 min 858,16 ton neft idxal edib.
Bu barədə “Report”a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ötən ilin 10 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə neft idxalı miqdar ifadəsində 5,6 %, dəyər ifadəsində 6,9 % artıb.
İdxalın strukturunda tədarükün böyük hissəsi Rusiyanın payına düşüb. Hesabat dövründə bu ölkədən 777 milyon 331,45 min ABŞ dolları (+1,6 dəfə) dəyərində 1 milyon 412 min 409,1 ton neft (+1,58 dəfə) idxal edilib.
Yanvar-oktyabr aylarında Azərbaycan Qazaxıstandan 22 milyon 828,7 min ABŞ dolları dəyərində 34 min 593,12 ton, Türkmənistandan isə 81 milyon 5,43 min ABŞ dolları dəyərində 141 min 855,93 ton neft idxal edib.
Xatırladaq ki, Azərbaycan 2023-cü ildə 1 milyard 77 milyon 237,6 min ABŞ dolları dəyərində (2022-ci illə müqayisədə 2,4 dəfə çox) 1 milyon 917 min 793,68 ton (+2,9 dəfə) neft idxal edib.