Azərbaycandan Türkiyəyə qaz nəqli 15% artıb
Energetika
- 18 yanvar, 2019
- 08:04
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 18 yanvar. REPORT.AZ/ Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə 2018-ci ildə Türkiyəyə 7,225 mlrd. kubmetr həcmində “Şahdəniz” yatağından hasil olunan qaz nəql edilib.
“Report” xəbər verir ki, bu barədə Energetika Nazirliyinin 2018-ci il üzrə fəaliyyətə dair hesabatında qeyd olunub.
Ötən il Türkiyəyə nəql olunan Azərbaycan qazının həcmi 2017-ci ilə nisbətən 924,9 mln. kubmetr və ya 14,7% çox olub.
Qeyd edək ki, Xəzərin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağının "Mərhələ-1" layihəsi çərçivəsində hasil olunan qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub.
“Şahdəniz” "Mərhələ-2" çərçivəsində isə Türkiyəyə qaz həcmlərinin nəqlinə 2018-ci il 30 iyun tarixində başlanıb.
Son xəbərlər
18:39
"Zabit heyətini təkmilləşdirmə kursu"nun növbəti buraxılış mərasimi keçirilib
Digər
18:38
Yuri Qusev: 700-dən çox ukraynalı uşaq Azərbaycanda reabilitasiya keçib
Xarici siyasət
18:35
Azərbaycanla Kanada arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub
Xarici siyasət
18:34
Tramp: Aİ enerji resursları üçün Rusiyaya 250 milyard dollar ödəyib
Digər ölkələr
18:29
Pərviz Səfərov: Azərbaycana indiyədək 500-dən çox ukraynalı uşaq gətirilib
Xarici siyasət
18:27
Foto
Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb
Daxili siyasət
18:25
İqnasio Kassis Ermənistan və Gürcüstana səfər edəcək
Region
18:23
Foto
Ağciyər Xəstəlikləri Mərkəzinin 2 saylı ixtisaslaşdırılmış Poliklinikası istifadəyə verilib
Sağlamlıq
18:14
Estoniyanın yeni Prezidenti Madize vəzifəsinin icrasına başlayıb
Digər ölkələr