Azərbaycandan Gürcüstana qaz ixracı artıb, neft ixracı azalıb

Azərbaycandan Gürcüstana qaz ixracı artıb, neft ixracı azalıb Bu ilin ilk 10 ayında Gürcüstan Azərbaycandan 1 310 630,6 min kubmetr həcmində təbii qaz idxal edib.
Energetika
28 Noyabr , 2019 16:40
Azərbaycandan Gürcüstana qaz ixracı artıb, neft ixracı azalıb

Bu ilin ilk 10 ayında Gürcüstan Azərbaycandan 1 310 630,6 min kubmetr həcmində təbii qaz idxal edib.

Bu barədə “Report”un Gürcüstan bürosuna ölkənin Milli Statistika İdarəsindən bildirilib.

Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi təbii qazın ümumi dəyəri 217 076,2 min dollar təşkil edib.

İllik müqayisədə Gürcüstanın Azərbaycandan tədarük etdiyi təbii qazın həcmi 66 287,2 min kubmetr və ya 5,3% çoxdur.

Yanvar-oktyabr aylarında qonşu ölkə Azərbaycandan 68 708, 5 min dollar dəyərində 124 654,9 ton neft və neft məhsulları tədarük edib. Ötən ilin eyni dövrü ilə müqayisədə neft və neft məhsullarının həcmi 10 145,1 ton və yaxud 7,5% azalıb.

Son xəbərlər

Orphus sistemi