Azərbaycandan 3 ölkəyə antifriz ixracı bərpa edilib

Energetika
  • 20 fevral, 2023
  • 06:13
Azərbaycandan 3 ölkəyə antifriz ixracı bərpa edilib

2022-ci ildə Azərbaycana 5,546 milyon ABŞ dolları dəyərində 4 min 015 ton antifriz idxal edilib.

“Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2021-ci lin göstəriciləri ilə müqayisədə dəyər ifadəsində 2,4 % çoxdur, kəmiyyət olaraq – 18 % azdır.

Hesabat dövründə Azərbaycana Rusiyadan 1,56 milyon ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 33 % azdır) 1 min 609 ton (-42 %), Türkiyədən 1,272 milyon ABŞ dolları dəyərində (+94,5 %) 794,4 ton (+95,1 %), Almaniyadan 826,2 min ABŞ dolları dəyərində (-6 %) 321 ton (-18 %), Ukraynadan 566,8 min ABŞ dolları dəyərində (-7 %) 565,13 ton (-31 %), Belçikadan 425 min ABŞ dolları dəyərində (+56 %) 164 ton (+15,5 %) məhsul idxal edilib.

Ötən ildə Azərbaycandan xaricə 182 min ABŞ dolları dəyərində (+2,7 dəfə) 196 ton (+2,6 dəfə) antifriz göndərilib.

Moldovaya 62 min ABŞ dolları dəyərində 66,73 ton (ilk dəfə tədarük olub), Gürcüstana 57 min ABŞ dolları dəyərində 55,6 ton, İraqa 48,1 min ABŞ dolları dəyərində 62,1 ton (ilk dəfə tədarük olub), Livana 11 min ABŞ dolları dəyərində (-23 %) 8,86 ton (-3 %), Ukraynaya 2,74 min ABŞ dolları dəyərində (-70 %) 2,57 ton (-61 %) məhsul satılıb.

On il 9 ayın tamamaında Özbəkistana, 8 il 9 aylıq fasilədən sonra Belçikaya və 1 il 11 aydan sonra Gürcüstana tədarük bərpa edilib. Azərbaycandan Özbəkistana 0,02 min ABŞ dolları dəyərində 0,02 ton, Belçikaya 0,55 min ABŞ dolları dəyərində 0,07 ton antifriz ixrac edilib.